"Oleq Bakinski" şərti cəzadan azad edildi

Hazırda oxunan: "Oleq Bakinski" şərti cəzadan azad edildi

590327

Azərbaycanda xuliqanlıqda ittiham olunan ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinə Amnistiya aktı şamil olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı apa.az-a açıqlamasında onun vəkili Xeyransa Babayeva yayıb.

Məlumata görə, Ədliyyə Nazirliyi Probasiya xidmətinin bununla bağlı təqdimatına Xətai rayon məhkəməsində baxılıb. Məhkəmə onu şərti cəzadan azad edib.

Oleq Krapivinlə birgə ittiham olunan Konstantin Kuçerin də Amnistiyaya düşəcəyi gözlənilir. Onunla bağlı Probasiya xidmətinin təqdimatına da məhkəmədə baxılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin