Dubaydan Bakıya qanunsuz qızıl külçələr gətirmək istədilər – FOTO

Hazırda oxunan: Dubaydan Bakıya qanunsuz qızıl külçələr gətirmək istədilər – FOTO

590309

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
 

Bildirilib ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşının çantalarına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.


Yoxlama zamanı çantalardan birində gömrük orqanına əvvəlcədən bəyan olunmayan, ümumilikdə çəkisi 372,5 qram təşkil edən 44 ədəd “PAMP” markalı qızıl külçələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin