Beyləqanda 15 yaşlı qıza seksual xarakterli hərəkətlər edilməsilə bağlı daha bir RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Beyləqanda 15 yaşlı qıza seksual xarakterli hərəkətlər edilməsilə bağlı daha bir RƏSMİ AÇIQLAMA

590301

Xəbər verildiyi kimi Beyləqan rayonunda 2011-ci il təvəllüdlü azyaşlı qızın 3 nəfər tərəfindən cinsi zorakılığa məruz qaldığı iddia edilir.  

“Azərbaycan Uşaqları” İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə bununla bağlı 15 yaşlı qız sığınacağın Qaynar xəttinə müraciət edib . 

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, baş vermiş hadisə ilə bağlı Komitə tərəfindən dərhal Beyləqan Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə yaradılmışdır.
 

Yetkinlik yaşına çatmayanın ailəsi eləcədə, yeniyetmənin vəziyyəti qiymətləndirilmişdir. Hazırda yetkinlik yaşına çatmayanın hüquqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.


Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin də açıqlaması var. 

“Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir”, -deyə qurumun məlumatında qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin