Gəncədə bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Hazırda oxunan: Gəncədə bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

590283

Gəncədə evdə zəhərlənmə qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə 1972-ci il təvəllüdlü S. Hüseynov, 1968-ci il təvəllüdlü G. Rüstəmova, 1994-cü il təvəllüdlü  Ü. Hüseynova, 2014-cü il təvəllüdlü Q. Hüseynov və 2017-ci il təvəllüdlü S. Hüseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara tibbi yardım edilib. Məlumata görə, həmin şəxslər yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər. Onlar bir ailənin üzvləridir.

Gəncə Birləşmiş Xəstəxanadan bildirilib ki, 12.01.2026-cı il tarixində saat 02:20 radələrində 2 azyaşlı (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına, 3 nəfər isə (1 kişi, 2 qadın) Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar" deyə xəstəxanadan bildiriblər.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin