Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO

Hazırda oxunan: Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO

590232

Abşeron rayonu, Saray qəsəbəsi, Bağlar massivi, Soltanbəy küçəsində yaşayan sakinlər son illər ərazidə göllərin qurudulması və yerində binaların tikilməsi nəticəsində yaranan problemlərdən şikayətlənirlər.

Bizim.Media xəbər verir ki, sakinlərdən biri rəsmi qurumlar tərəfindən verilən vədlərin icra olunmadığını bildirib.

"Biz üç il bundan əvvəl "Azərsu" və Abşeron Rayon İcra Hakimiyyətinə 200-300 nəfərin imzası ilə məktub göndərmişik. Bizə demişdilər ki, 2025-ci ildə kanalizasiya işimiz həll olunacaq. 2026-cı il oldu, amma hələ bir şey yoxdur", - deyə o, əlavə edib.

Digər bir sakin isə yaranan problemin artıq evlərin bünövrəsinə ciddi ziyan vurduğunu bildirir: "Bu dəqiqə hamının evinin zirzəmisi suyun içindədir".
 

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Saray qəsəbəsinin yeni yaşayış massivlərində kanalizasiya xətləri olmadığından sakinlər çirkab quyularından - şambolardan istifadə edirlər. Bu isə qəsəbənin relyefinə görə çökək olan ərazilərdə qrunt sularının üzə qalxmasına, yağmurlu günlərdə isə subasmaya səbəb olur.


Saray qəsəbəsində problemin həlli məqsədilə kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı aidiyyəti üzrə müraciət olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin