İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baș verməsi səbəbilə 1988-ci il təvəllüdlü şəxs (kişi) 11.01.2026-cı il tarixində saat 14:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Ağdərədə 38 yaşlı kişi minaya düşdü - Ayağı amputasiya olundu
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bərdə Rayon Mərkəzi Xəstəxanası yayıb.
Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində əməliyyat icra olunub, vəziyyəti stabildir.
Bizim.Media































































































