Seyran Səxavət: "Yazıçı Anar səhv edir”

Hazırda oxunan: Seyran Səxavət: "Yazıçı Anar səhv edir”

590196

"Yazıçı Anar çox humanist adamdır. Onun yerinə mən olsaydım, 5 ili gözləməzdim. Son 1 il ərzində üzvlük haqqı ödəməyənlərin hamısını Birlikdən xaric edərdim".

Bizim.Media xəbər verir ki, bunu musavat.com-a açıqlamasında yazıçı Seyran Səxavət Xalq yazıçısı Anar Rzayevin üzvlük haqqı ödəməyənlərin Azərbaycan Yazıçılar Birliyindən xaric olunacaqları ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

"Mən AYB-nin üzvüyəm və hər il vaxtında bu haqqı ödəyirəm. Yenə deyirəm, Anar səhv edir, 5 ili gözləmək lazım deyildi. Elə bir il ödəməyənləri avtomatik çıxarmaq lazım idi", - o bildirib.

Yazıçı "Üzvlər niyə üzvlük haqqı ödəmirlər?" sualına belə cavab verib:

"Bu, azərbaycanlı olmaqla əlaqəlidir. Bunun başqa bir cavabı yoxdur. İl ərzində 15 manat nədir ki..."
 

AYB sədri yazıçı Anar bildirib ki, 5 ildən artıq üzvlük haqqı ödəməyən şəxslər AYB-dən çıxarılacaqlar. O vurğulayıb ki, üzvlük haqqını bir il, iki il, üç il və dörd il ərzində ödəməyənlərin olmasına baxmayaraq, təşkilat hələlik yalnız beş ildən artıq ödəməyənləri xaric etmək qərarına gəlib.


Yazıçı bununla yanaşı, həmin şəxslərə növbəti dəfə fürsət verildiyini və fevralın 1-dək ödəniş etmələri üçün imkan yaradıldığını diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin