Oğuzda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Oğuzda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var - FOTO

590164

Oğuzda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı yük avtomobil ilə KIA markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “KİA”da olanlar - Oğuz rayon sakini Ustakişiyeva Mətanət (1978-ci il təvəllüdlü), Oğuz rayon sakini Abışov İlqar (1967-ci il təvəllüdlü) və “Mercedes Vito”nun sürücüsü, Qax rayon  sakini Nəsibov Ayxan (1994-cü il təvəllüdlü) xəsarət alıb.


Yaralılar dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin