24 yaşlı gənc atasını, qardaşını və əmisini öldürdü - FOTO

Hazırda oxunan: 24 yaşlı gənc atasını, qardaşını və əmisini öldürdü - FOTO

590090

ABŞ-ın Missisipi ştatında yanvarın 9-da silahlı insident nəticəsində altı nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə polisə istinadən "The New York Post" qəzeti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, 24 yaşlı Darika Mur Uest-Poynt şəhəri yaxınlığında üç müxtəlif ərazidə atəş açıb. İlkin məlumata əsasən, o, əvvəlcə atasını, qardaşını və əmisini öldürüb, daha sonra hadisə yerindən qaçıb.

Sonradan Mur yeddi yaşlı qızı güllələyib, daha sonra isə başqa ünvana gedərək daha iki kişini qətlə yetirib.

Polis şübhəlini saxlayıb. Bildirilir ki, törədilən cinayətlərə görə Mur ölüm cəzası ilə üzləşə bilər. Hüquq-mühafizə orqanları qeyd ediblər ki, bu hadisə son on il ərzində ştatda qeydə alınan ən ağır silahlı insidentlərdən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin