Səkkiz illik güzəşt ləğv olundu: kərə yağı bahalaşacaq? - VİDEO

Hazırda oxunan: Səkkiz illik güzəşt ləğv olundu: kərə yağı bahalaşacaq? - VİDEO

590080

Kərə yağının idxalına tətbiq edilən güzəştin müddəti bitib.

Bizim.Media xəbər verir 8 ildir 5% səviyyəsində tətbiq olunan idxal rüsumu bu ildən yenidən 15%-ə qaldırılıb.

Paytaxt marketlərində etdiyimiz sorğu nəticəsində məlum oldu ki, hazırda kərə yağının qiymətində ciddi artım müşahidə olunmur.

Kərə yağının qiyməti 14 manatdan başlayaraq 30 manata qədər dəyişir.

Bəs növbəti aylarda idxal rüsumunun artırılması qiymətlərə necə təsir edəcək? İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, rüsum üzrə güzəştin ləğv edilməsi qiymət artımlarını şərtləndirməklə, kərə yağının 2026-cı ildə 15-17% bahalaşmasına gətirib çıxara bilər.

Qeyd edək ki, kərə yağı Azərbaycanda istehlak səbətinə daxil olan əsas ərzaq məhsullarından biridir. Rəsmi statistikaya görə, ölkədə kərə yağına illik tələbat 38-40 min tondur. Azərbaycan bu məhsulu ən çox Yeni Zelandiya, Belarus və Ukraynadan idxal edir.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin