Şəmkir rayonunda küçədə ictimai qaydanı pozan və söyüş söyən şəxs həbs olunub.
Bizim.Media lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində, mərkəzi küçələrdən birində baş verib.
58 yaşlı Aqil Kərəmov (ad və soyad şərtidir) spirtli içki almaq istəsə də, pulu çatmayıb. O, bundan əsəbiləşərək ictimai yerdə söyüş söyüb. Polis əməkdaşları ona yaxınlaşaraq irad bildirsələr də, Aqil hərəkətlərinə davam edib.
Nəticədə Aqil Kərəmov saxlanılıb və barəsində müvafiq maddə ilə inzibati protokol tərtib edilib.
Onun sözlərinə görə, 3-4 aydır spirtsiz dura bilmir. İçki tapa bilmədikdə isə insanları hədələyərək ona araq və ya digər spirtli içkilər almağı tələb edir. Aqil əməlindən peşman olduğunu deyib və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.
Şəmkir Rayon Məhkəməsi Aqil Kərəmov barəsində 15 gün müddətinə inzibati həbs cəzası tətbiq edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:26 / 10.01.2026
Şəmkirdə küçədə söyüş söyən kişi HƏBS EDİLDİ
Hazırda oxunan: Şəmkirdə küçədə söyüş söyən kişi HƏBS EDİLDİ
Hazırda oxunan: Şəmkirdə küçədə söyüş söyən kişi HƏBS EDİLDİ
590066
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































