Ağdamda piyadanı maşın vurub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə "Mercedes" markalı minik maşını piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan şəxs Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma aparılır.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu































































































