Şimal-Qərb bölgəsindən keçən avtomobil yollarında bu saatlarda qatı duman müşahidə olunur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgə ərazisindən keçən Şəki-Qax- Zaqatala avtomobil yolunda eləcə də Yevlax-Zaqatala-Gürcüstan magistralının əsasən Qax və Zaqataladan keçən ərazilərində qatı duman müşahidə olunur.
Məlumata görə, duman bəzi yerlərdə görmə məsafəsini 5-8, bəzən isə 12-15 metrə kimi məhdudlaşdırıb.
Qeyd edək ki, səhər saatlarından bölgənin əksər ərazilərində yağışlı hava müşahidə olunub.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

- A-
- A
- A+
Cəmiyyət
19:41 / 10.01.2026
Şimal-Qərb bölgəsində QATI DUMAN: Göz-gözü görmür - VİDEO
Hazırda oxunan: Şimal-Qərb bölgəsində QATI DUMAN: Göz-gözü görmür - VİDEO
Hazırda oxunan: Şimal-Qərb bölgəsində QATI DUMAN: Göz-gözü görmür - VİDEO
590045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































