Paytaxt Bakının Qaradağ rayonunda yerləşən ticarət mərkəzindən və marketlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 27 yaşlı F. Rəsulov, A. Səfərov və 43 yaşlı A.Tağıyev müəyyən edilərək saxlanılıblar.
Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakinlərindən biri isə evindən oğurluq edilməsi barədə polisə müraciət edib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı T. Babayev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq psixotrop maddə metamfetamin də aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:47 / 10.01.2026
Bakıda ticarət obyektlərindən və evdən oğurluq edən şəxslər SAXLANILDILAR
Hazırda oxunan: Bakıda ticarət obyektlərindən və evdən oğurluq edən şəxslər SAXLANILDILAR
Hazırda oxunan: Bakıda ticarət obyektlərindən və evdən oğurluq edən şəxslər SAXLANILDILAR
590033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































