Ağstafada musiqi məktəbinə arvadı ilə barışmağa gələn kişi HƏBS OLUNDU

Hazırda oxunan: Ağstafada musiqi məktəbinə arvadı ilə barışmağa gələn kişi HƏBS OLUNDU

590026

Ağstafada musiqi məktəbində söyüş söyən kişi həbs olunub.

Bizim.Media xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən Hüseyn Arif adına musiqi məktəbində qeydə alınıb.

Arvadı ilə rəsmi qaydada boşanan Poylu kənd sakini 46 yaşlı Rüstəm Nəcəfov (ad və soyad şərtidir) sərxoş halda adı çəkilən məktəbə gedib. O, burada müəllimə işləyən keçmiş arvadını taparaq barışmaq istəyib. Lakin qadının cavabı onun xoşuna gəlməyib. Nəticədə Rüstəm əsəbiləşərək, ucadan nalayiq ifadələr işlədib.

Bu əməlinə görə, o saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.

Ağstafa rayon Məhkəməsinin qərarı ilə Rüstəm Nəcəfov barəsində 7 gün müddətinə inzibati həbs cəzası təyin edilib. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin