Bu gün Qusar şəhər Uşaq İncəsənət Məktəbində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan və Dağıstan Respublikalarının xalq artisti, tanınmış bəstəkar Elza İbrahimovanın xatirəsi anılıb.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Elza İbrahimovanın anadan olmasının 88-ci ildönümü münasibətilə konsert proqramı keçirilib.
Konsert proqramında Qusar Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Elza İbrahimovanın qardaşı Çingiz İbrahimov, görkəmli şair, yazıçı və jurnalist Sədaqət Kərimova, mədəniyyət və digər müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
Görkəmli bəstəkarın zəngin və çoxşaxəli yaradıcılığına həsr edilmiş "Nəğmə dolu ürəyəm, ey Vətən" adlı konsert proqramında rayonun tanınmış incəsənət nümayəndələri iştirak ediblər. Bəstəkarın dillər əzbəri olan “Ey Vətən”, “Gedək üzü küləyə”, “Gecələr bulaq başı”, “Anamın sevimli nəğməsi”, “Sən yadıma düşəndə”, “Qurban verərdim”, “Təki sən səslə məni”, “Gəl barışaq” və digər mahnılarını tamaşaçılar alqışlarla qarşılayıb.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu






























































































