Yevlax-Zaqatala-Gürcüstanla sərhədi avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qəza baş verib.
Bizim.media-nın yerli bürosu xəbər verir ki, Yengiyan kənd sakini 39 yaşlı Dilqəm Məmmədovun idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Əliabad qəsəbə sakini 39 yaşlı Xəyalə Herovovanın idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil toqquşub.
Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Zaqatala Rayon Mərkəzi Xəstəxansına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu































































































