Maǧazalardakı kameraları sındırıb ödəmə terminallarından oğurluq etdi – FOTO

Hazırda oxunan: Maǧazalardakı kameraları sındırıb ödəmə terminallarından oğurluq etdi – FOTO

590002

Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən maǧazaların birində quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarının oǧurlanması, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini təqsirli bilinən Nahid Süleymanov saxlanılıb.

Onun analoji əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən edilib.

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb . Məhkəmənin qərarı ilə N.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin