Sabiq baş həkimin həyatını itirdiyi dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ

Hazırda oxunan: Sabiq baş həkimin həyatını itirdiyi dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ

589977

Baş Dövlət Yol Polisi İdarəsi Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Salyanda ağır QƏZA: Sabiq baş həkim həyatını itirdi - FOTO


İdarədən Bizim.Media-ya bildirilib ki, dumanlı hava şəraitini nəzərə almaması ahıl sürücüyə həyatı bahasına başa gəlib.

“Dumanlı hava yolda məhdudiyyətli görünməyə səbəb olduğu üçün təhlükəsizlik baxımından əlverişsiz hesab edilir. Təəssüf ki, bir sıra hallarda sürücülərin bu xüsusda verilən tövsiyələrə əməl etməməsi sonda xoşagəlməz nəticələrə gətirib çıxarır.

Belə ki, ötən gün saat 21 radələrində Neftçala rayon sakini Yaşar Kərimov idarə etdiyi “Toyota” markalı avtomobillə su kanalı üzərindəki körpüdən keçmək istəyərkən havanın qaranlıq olması, eləcə də qatı duman səbəbindən yol şəraitini düzgün qiymətləndirə bilməyib və nəticədə avtomobil yoldan çıxaraq kanala aşıb. Köməksiz vəziyyətdə qalan 73 yaşlı Y.Kərimov hadisə yerində həyatını itirib”.
 

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları dumanlı, çiskinli havalarda daha da diqqətli olmağa, ətraf mühiti yetərincə qavramağa imkan verən sürət həddi seçməyə, ötmə, manevr etmə, dayanma, durma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının, şüşə silgəclərinin işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa çağırır” – məlumatda qeyd edilib.


Qeyd edək ki, dünyasını dəyişən Yaşar Kərimov əvvəllər Salyan rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin