Şəki sakinlərinin yol PROBLEMİ: Bu küçədə piyada və maşınlar çətin vəziyyətdə – FOTO

Hazırda oxunan: Şəki sakinlərinin yol PROBLEMİ: Bu küçədə piyada və maşınlar çətin vəziyyətdə – FOTO

589976

Şəkinin Şıxəli Qurbanov küçəsində yolun bərbad vəziyyətdə olması sakinləri narahat edir.

Bu barədə Bizim.Media-nın yerli bürosuna küçə sakinləri məlumat verib.

Bildirilir ki, Şıxəli Qurbanov küçəsində yol uzun illərdir ki, təmir olunmur. Xüsusən yağış və qar yağdığı günlərdə küçədə hərəkət keçilməz hala düşür.
 

Bir müddət əvvəl küçədə həyata keçirilən su-kanalizasiya işlərindən sonra yolun vəziyyəti daha da pisləşib. Məhz bu səbəbdən də nəqliyyatın, eləcə də piyadaların hərəkəti çətinləşib.


Sakinlər küçənin təmir olunmasını, ən azından asfalt örtüyünün yenilənməsini aidiyyatı qurumlardan xahiş edir.

Yerli qurumların məsələdən xəbəri var. Aidiyyatı təşkilat məsələni nəzarətə götürüb.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin