Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin (DİN) tabeliyinə verilib.
Bizim.Media-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanında öz əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi – FƏRMAN
Qeyd edək ki, fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.
Bizim.Media