Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar TUTULDU

Hazırda oxunan: Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar TUTULDU

589955

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
 

Bildirilib ki, tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 3 nəfər müəyyən olunub.


Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin