Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, tədbir zamanı Saray qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar.
Onlardan 12 kiloqram 962 qram narkotik maddə marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, saxlanılan Elnur Nəbizadə narkotik asılılığından əziyyət çəkən keçmiş teleaparıcı Nəsimi Nəbizadənin qardaşıdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:47 / 09.01.2026
Polisdən ƏMƏLİYYAT: Nəsimi Nəbizadənin qardaşı saxlanıldı
Hazırda oxunan: Polisdən ƏMƏLİYYAT: Nəsimi Nəbizadənin qardaşı saxlanıldı
Hazırda oxunan: Polisdən ƏMƏLİYYAT: Nəsimi Nəbizadənin qardaşı saxlanıldı
589916
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































