Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin NƏZƏRİNƏ!

Hazırda oxunan: Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin NƏZƏRİNƏ!

589912

2026/2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisaslarının müsabiqə şərtində (test balında) dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.


Bildirilib ki, bundan əlavə, bakalavriat təhsil səviyyəsi üzrə xoreoqrafiya sənəti ixtisasının ifaçılıq fənni üzrə qabiliyyət imtahanında abituriyentlər (subbakalavrlar) 3 müxtəlif xarakterli rəqs ifa edəcəklər.

Xoreoqrafiya sənəti ixtisasının milli rəqs, balet pedaqogikası, modern rəqs və rəqs müəllimliyi sahələri üzrə tələb edilən rəqslər aşağıdakı kimi müəyyən edilib.

Milli rəqs, rəqs müəllimliyi:

1. Lirik rəqs (qızlar (atributsuz) və oğlanlar üçün 1 rəqs )

2. “Yallı”, “Qazağı”, “Şalaqoy”, “Qaytağı”(oğlanlar üçün 2 rəqs)

3. “Yallı”, “Qaval”, “Nəlbəki”, “Yaylıqlarla rəqs” (qızlar üçün 2 rəqs)
Balet pedaqogikası:

1. “Korsar”, “Don Kixot”, “Jizel”, “Şelkunçik”, “Min bir gecə”, “Qız qalası”, “Yeddi gözəl” baletlərindən variasiyalar (3 rəqs)

Modern rəqs:

1. Müasir cərəyanlara aid müxtəlif xarakterli 3 rəqs.

Qeyd edək ki, xoreoqrafiya sənəti ixtisasının baletmeyster sahəsi üzrə qabiliyyət imtahanında
hər hansı bir dəyişiklik edilməyib.

Teatr, kino və xoreoqrafiya istiqamətinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Teatr, kino və xoreoqrafiya sənəti” adlı vəsaitdə nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin