“Bu iş rejimi ürək xəstəliklərinə səbəb olur” - Təhlükəli statistika ilə bağlı həkimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: “Bu iş rejimi ürək xəstəliklərinə səbəb olur” - Təhlükəli statistika ilə bağlı həkimdən XƏBƏRDARLIQ

589895

Son illər ölkəmizdə ürək-damar xəstəliklərindən ölüm hallarının sayı artıb. Ümumiyyətlə, Azərbaycan ürək xəstəliklərindən ölüm hallarının sayına görə dünya ölkələri arasında ilk sıralardadır. Məşhur "World Life Expectancy" portalının son statistik məlumatlarına əsasən, ölkəmiz koronar ürək xəstəliklərindən ölüm hallarının sayına görə, ikinci yerdədir. İlk yeri Tacikistan üçüncü yeri Özbəkistan tutur.

Maraqlıdır ki, ürək xəstəliklərindən ölüm hallarının sayının çoxalmasının səbəbi nədir?

Tibb sahəsi üzrə ekspert Rasif Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, bunun həm qida, həm də həyat şəraiti ilə əlaqəsi var:

“Ümundünya Səhiyyə Təşkilatının Statistikasına görə, ölkəmizdə ürəktutmasından ölümlərin sayı çoxalıb. Çünki Azərbaycanda əsəb-gərginlik insanlarda həddən artıq çoxdur. Əsəb sistemi də gərgin olanda ürək-damar sistemi yüklənir.

Yediyimiz qidaların keyfiyyətinin də aşağı olması ürək damarlarının divarlarının kirəcləşməsinə gətirib çıxarır.

Xəstələrin çoxunun vaxtında yoxlanmağa imkanı olmur. Bununla da ürək tutmaları çoxalır. Bunu həll etmək hazırkı şəraitdə çətindir. İnsanlar gündəlik ən azı 12-14 saat işləyirlər və əməklə istirahət rejiminin tənzimlənməsi doğru getmir. Bütün bu kimi amillər ürək xəstəliklərinin sayının çoxalması ilə nəticələnir”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin