Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş 1992-ci il təvəllüdlü Tacikistan vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın qaytarılmasına dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.
O, 2025-ci ildə Azərbaycanda müəyyən edilərək həbs olunub.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.
Bizim.Media






























































































