Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin H. Əliyev prospektində, 20 saylı orta məktəbin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21099" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı 1993-cü il təvəllüdlü Sürət Süleymanov müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu































































































