Azərbaycan və İsrail arasında tərəfdaşlığın gündəliyindəki prioritet istiqamətlər, o cümlədən şəhər mobilliyi, nəqliyyatın rəqəmsallaşdırılması, süni intellekt, innovativ sahibkarlıq və startaplara dəstək mexanizmləri, kibertəhlükəsizlik, rəqəmsal bilik və bacarıqlara malik insan kapitalının inkişafı üzrə fəaliyyətin perspektivləri müzakirə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müzakirələr nazir müavini Samir Məmmədov və İsrailin Azərbaycandakı səfiri Ronen Krauszla görüşdə aparılıb.
Görüşdə iki ölkə arasında Birgə Komissiyanın ötən il noyabrın 20-də keçirilmiş 4-cü iclası çərçivəsində müzakirə edilən məsələlər üzrə görülən və planlaşdırılan işlərə dair fikir mübadiləsi aparılıb, İsrailin "Technion" İnstitutu ilə birgə yaradılan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin, eləcə də ötən ilin dekabr ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kosmik Agentliyi və İsrail Aerokosmik Sənayesi Korporasiyasının (IAI) əməkdaşlığı ilə Azərbaycanda təsis edilən "Vistar" Mükəmməllik Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:50 / 09.01.2026
Azərbaycanla İsrail arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə edildi - FOTO
Hazırda oxunan: Azərbaycanla İsrail arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə edildi - FOTO
Hazırda oxunan: Azərbaycanla İsrail arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə edildi - FOTO
589773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































