Maliyyə nazirinin müavini təyin olunan Natiq Həsənov KİMDİR - DOSYE

Hazırda oxunan: Maliyyə nazirinin müavini təyin olunan Natiq Həsənov KİMDİR - DOSYE

589744

Xəbər verdiyimiz kimi Natiq Namiq oğlu Həsənov maliyyə nazirinin yeni müavini təyin olunub.
 

MÖVZU  İLƏ BAĞLI: 

Sahil Babayevə yeni müavin təyin olundu - FOTO


Bizim.Media Natiq Həsənovun dosyesini təqdim edir:

N.Həsənov 1979-cu ildə anadan olub.

O, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb. Hazırda İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aspirantıdır.
 

2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri vəzifələrində çalışıb.


O, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

N.Həsənov ailəlidir, üç övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin