Telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs SAXLANILDI

Hazırda oxunan: Telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs SAXLANILDI

589740

Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, paytaxtın Suraxanı rayonunda talama cinayətləri qeydə alınıb.
 

Naməlum şəxs axşam saat 23 radələrində Hövsan qəsəbə sakininin evinin qarşısında saxladığı "Daewoo" markalı avtomobildən əvvəlcə telefonunu, sonra isə mobil bank tətbiqindən 1 029 manatını oğurlayıb.


Polis 32 yaşlı S.Quluzadəni şübhəli şəxs qismində saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin