Bir neçə aydır narkotik aludəçiliyindən əziyyət çəkən aparıcı Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.
Bizim.Media xəbər verir ki, bu barədə onun müalicə aldığı reabilitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanov məlumat verib.
O qeyd edib ki, tanınmış teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb. Rəhbərliyin sözlərinə görə, Nəsimi Nəbizadə gəzinti zamanı restoranda yaranmış fürsətdən istifadə edərək ərazidən uzaqlaşıb.
Mərkəzin rəhbərliyi onun başına gələcək hər hansı bir xoşagəlməz hadisədən məsuliyyət daşımadıqlarını bəyan ediblə
Daha ətraflı videoda:
Bizim.Media

























































































