Təhsil haqqında dövlət sənədlərinin elektron formatda verilməsinə dair qaydalar TƏSDİQLƏNDİ

Hazırda oxunan: Təhsil haqqında dövlət sənədlərinin elektron formatda verilməsinə dair qaydalar TƏSDİQLƏNDİ

589726

Təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydaları təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydalar təsdiqlənib.

Yeni qərara əsasən, ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Bununla da təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesi tam şəkildə rəqəmsal mühitə keçirilir.
 

Həmçinin Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli qərarı ləğv edilir və onun əvəzinə rəqəmsallaşma və elektron hökumət prinsiplərinə uyğun yeni mexanizmlər tətbiq olunur.


Qəbul edilən dəyişikliklər təhsil haqqında dövlət sənədlərinin verilməsində şəffaflığın artırılmasına, inzibati prosedurların sadələşdirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə və təhsil sistemində rəqəmsal idarəetmənin institusional əsaslarının gücləndirilməsinə xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin