Balakəndə avtomobil KÖRPÜDƏN AŞDI - FOTO

Hazırda oxunan: Balakəndə avtomobil KÖRPÜDƏN AŞDI - FOTO

589685

Balakən rayonunda avtomobil yoldan çıxaraq aşıb.

Bizim.Media xəbər verir ki, hadisə Katex körpüsündə baş verib.

Baş Dövlət Yol polisi İdarəsi (BDYPİ) faktı təsdiqləyib.

Qeyd olunub ki, sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 14:00-da qeydə alınıb.

"Hadisə Yevlax-Zaqatala-Gürcüstan yolunun 135-ci km-də baş verib. "Mercedes" markalı, 10-RS-352 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Xəyal Ramiz oğlu Novruzlu idarəetməni itirməsi səbəbindən avtomobil yoldan çıxıb və aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir. (Oxu.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin