Azərbaycanın aldığı qırıcılara uzun növbə yaranıb: Banqladeş, Liviya, Səudiyyə Ərəbistanı…

Hazırda oxunan: Azərbaycanın aldığı qırıcılara uzun növbə yaranıb: Banqladeş, Liviya, Səudiyyə Ərəbistanı…

589679

Azərbaycanın ötən ilin payızında ilk partiyasını aldığı Pakistan-Çin istehsalı JF-17 Thunder qırıcıları dünyanın bir sıra ölkələrində ciddi maraq doğurub. Xarici KİV-lərin məlumatına görə, bu təyyarələri almaq istəyən ölkələrin uzun növbəsi formalaşıb: Banqladeş artıq Pakistanla danışıqlar aparır, Səudiyyə Ərəbistanı isə JF-17-ləri uzunmüddətli icarəyə götürməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov yazıb.

Onun sözlərinə görə, bundan əvvəl Pakistan Liviyanın şərqində, Tobrukda yerləşən hökumət və feldmarşal Xəlifə Həftərin rəhbərlik etdiyi “Liviya Milli Ordusu” ilə 4 milyard dollarlıq müqavilə imzalayıb:

“Müqaviləyə JF-17 qırıcılarının tədarükü də daxildir. Təyyarələrə tələbatın kəskin artması onların ötən yay Hindistan və Pakistan arasında baş verən toqquşmalar zamanı real döyüş şəraitində özünü yaxşı tərəfdən göstərməsi ilə izah olunur”.

Politoloq qeyd edib ki, çərşənbə günü Banqladeş Hərbi Hava Qüvvələrinin komandanı Həsən Mahmud Xanın rəhbərlik etdiyi nümayəndə heyəti İslamabada səfər edərək pakistanlı həmkarları ilə danışıqlar aparıb:

“Müzakirələr əməliyyat əməkdaşlığı, qırıcı təyyarələr, birgə hazırlıq proqramları və aerokosmik sahədə nailiyyətlər ətrafında cəmlənib. Reaktiv təyyarələrin alınması ilə yanaşı, təlim sahəsində əməkdaşlıq da nəzərdən keçirilib. Görüşdə Çin və Pakistanın birgə hazırladığı JF-17 Thunder xüsusi diqqət mərkəzində olub. Banqladeş bu təyyarələrin alınmasında maraqlı olduğunu bildirib, lakin say açıqlanmayıb.

Bir ay əvvəl Banqladeş təxminən on iki ədəd Eurofighter qırıcısının alınmasına dair niyyət memorandumu imzalayıb. Pakistan təyyarələrinə marağın Eurofighter sifarişinə təsir edib-etməyəcəyi hələlik bəlli deyil. Ehtimal olunur ki, Banqladeş xüsusiyyət və döyüş imkanlarına görə Eurofighter-dən geri qalmayan, lakin təxminən iki dəfə ucuz olan JF-17 Thunder-ə üstünlük verə bilər.

Dekabr ayında Pakistan Liviyanın şərqində yerləşən Liviya Milli Ordusu ilə 4 milyard dollardan çox məbləğdə daha bir müqavilə bağlayıb. Bu, ölkə tarixində ən iri silah ixracı razılaşmalarından biridir və JF-17 qırıcıları ilə yanaşı təlim-məşq təyyarələrini də əhatə edir.

Pakistanın müdafiə naziri bildirib ki, silah sənayesində əldə olunan uğurlar ölkənin iqtisadi perspektivlərini dəyişə bilər. “Təyyarələrimiz sınaqdan keçib və o qədər çox sifariş alırıq ki, altı ay sonra Pakistanın Beynəlxalq Valyuta Fondunun köməyinə ehtiyacı qalmaya bilər”, — deyə Xavaca Asif Geo News telekanalına açıqlamasında bildirib.

Hazırda Pakistan BVF-nin 7 milyard dollarlıq proqramında iştirak edir — bu, artıq 24-cü müraciətdir. 2023-cü ildə suveren defoltun qarşısını alan 3 milyard dollarlıq qısamüddətli razılaşmadan sonra bu proqram yenilənib.

Xatırladaq ki, Azərbaycan Pakistandan ümumilikdə 42 ədəd JF-17 Thunder Block III qırıcısı 4,6 milyard dollar dəyərində sifariş edib. İlk partiya ötən ilin noyabrında, Qələbə Paradı ərəfəsində təhvil verilib, lakin açıq mənbələrdə VVS-in silahlanmasına neçə təyyarənin daxil olduğu göstərilmir. Bir JF-17-nin qiyməti 35–40 milyon dollar civarında qiymətləndirilir. Yeni tədarük Azərbaycan Hərbi Hava Qüvvələrinin zərbə və qırıcı imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək və Bakıya şəbəkə-mərkəzli müharibə elementlərinə uyğun platforma təqdim edəcək”. (Mənbə: Haqqin.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin