ADNSU-nun rektoru: “Universitetlər potensialı özləri formalaşdırmalıdırlar” – VİDEO

Hazırda oxunan: ADNSU-nun rektoru: “Universitetlər potensialı özləri formalaşdırmalıdırlar” – VİDEO

589664

“Biz hələ də danışırıq ki, sənaye bizə sifariş verməlidir. Sənaye bizə sifariş verməyəcək. Sənayedən biz həmin sifarişi almalıyıq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov İctimai TV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” verilişində səsləndirib.

“Sənayeni təkcə texniki olaraq yox, iqtisadi olaraq təchizat zənciri, sistemi olaraq başa düşə bilməliyik. Ölkələrin çoxunda məsələn Çində sırf sənayedən gələn tədqiqatlar 81 faiz təşkil edir. Yəni, 81 faiz tədqiqatlar eksperimentaldır və bunu sənaye maliyyələşdirir. İngiltərədə bu 65 faiz, ABŞ-da 67 faizdir. Əsasən universitetlər müəyyən potensialı özləri formalaşdırıb, o sifarişləri özləri ala bilməlidirlər”, - deyə Rüfət Əzizov bildirib.

Rektor qeyd edib ki, bu gün neft, qaz sənayesində 3 böyük operator şirkət və onların çoxlu kontraktrları var:

“Onlar bir çox müşavirlik işlərini hansısa peşəkar xarici şirkətlərə verirlər. Çünki o potensialı bizdə görə bilmirlər. O potensialı bizdə görə bilsələr, niyə də bizə verməsinlər? O potensialı bizdə görə bilmələri üçün biz onların dilində danışa bilməliyik, layihə şəklində təqdim edə bilməliyik. Sistemli şəkildə o problemləri bir növ universitetə gətirə bilməliyik. Hansısa şirkət bunu edirsə, universitet bunu çox rahat edə bilər. Burada bizim problemimiz daha çox kadrlarla bağlıdır. İlkin etapda bir qədər buna pul xərclənməli, öz potensiallarını artırmalı, daha sonra həmin mütəxəssislər sənayedən o sifarişləri gətirməlidir”.

Rüfət Əzizov qeyd edib ki, universitetin 3 cür gəliri ola bilər:

İnstitusional gəlir - dövlət sifarişindən və tələbələrdən gəlir - bu təhsillə bağlıdır, tədqiqatdan gəlir və üçüncüsü sənaye servislərindən gəlir. Bunlardan bizdə yalnız institusional gəlir var. Bu da tələbələrə dərs keçilməsi üçün verilir. Bunun üçün də müəllimlər tədrislə məşğuldur.
Sənayedən gəlir əldə olunduqdan sonra həmin gəliri öz alimlərimizə verib onların tədris yükünü azalda bilərik. Çünki institusional tədrislə bağlı verildiyi üçün biz o yükü azalda bilmirik”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin