2025-ci ildə Azərbaycanda 83 kişi psixoloji və iqtisadi zorakılığa məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayıb.
Qeyd edilib ki, 2025-ci il ərzində məişət zorakılığı ilə əlaqədar komitəyə ümumilikdə 558 müraciət daxil olub.
Müraciətlərin 83-ü kişilərin, 539-u qadınların, 515-i isə uşaqların zorakılığa məruz qalması ilə bağlıdır.
Dövlət komitəsinə məişət zorakılığı ilə əlaqədar daxil olan müraciətlərdən 169-u psixoloji, 35-i iqtisadi, 343-ü fiziki, 11-i cinsi zorakılıqla əlaqədar olub. (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:49 / 08.01.2026
Ötən il Azərbaycanda 83 kişi zorakılığa məruz qalıb
Hazırda oxunan: Ötən il Azərbaycanda 83 kişi zorakılığa məruz qalıb
Hazırda oxunan: Ötən il Azərbaycanda 83 kişi zorakılığa məruz qalıb
589659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































