Özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağaza və obyekt sahiblərinə qarşı dələduzluq etməkdə şübhəli bilinən 26 yaşlı Aysu Hüseynova saxlanılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, o, həmin məkanların sosial şəbəkələrdə reklamları təşkil edəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 16 min manatdan çox pulunu ələ keçirib.
Daha sonra A.Hüseynova üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib onlarla əlaqəni kəsib.
Araşdırmalarla saxlanılan şəxsin bu üsulla ümumilikdə 13 nəfəri aldatdığı müəyyən edilib.
Vətəndaşlardan daxil olan şikayətlərlə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:19 / 08.01.2026
Özünü SMM kimi təqdim edərək dələduzluq edən qadın TUTULDU – FOTO
Hazırda oxunan: Özünü SMM kimi təqdim edərək dələduzluq edən qadın TUTULDU – FOTO
Hazırda oxunan: Özünü SMM kimi təqdim edərək dələduzluq edən qadın TUTULDU – FOTO
589641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































