Paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolunda ötən gün günorta saatlarında qeydə alınan qəza Zabrat istiqamətində qısamüddətli nəqliyyat sıxlığının yaranmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, eyni yolda bu ayın 3-də minik avtomobilnin idarəetməni itirib yol kənarına aşması və 6-da baş verən digər qəza səbəbindən yolda ləngimə yaranıb:
“DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin apardığı təhlillərə əsasən, sözügedən yolda son dövrlərdə, o cümlədən bu il artıq bir neçə dəfə qeydə alınan yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yol hərəkəti qaydalarına əməl etməmələri, yəni nəqliyyat vasitələrini sürətlə idarə etmələri və düzgün ara məsafəsi saxlamamaları ilə bağlıdır”.
Sözügedən qəzaların görüntülərini təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:08 / 08.01.2026
Maştağa-Zabrat yolunda niyə tez-tez qəza baş verir? – VİDEO
Hazırda oxunan: Maştağa-Zabrat yolunda niyə tez-tez qəza baş verir? – VİDEO
Hazırda oxunan: Maştağa-Zabrat yolunda niyə tez-tez qəza baş verir? – VİDEO
589639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































