Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində odlu silah və narkotik maddələrin satışını təşkil edən əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ondan 1 ədəd "AK-74" avtomatı, həmin silaha aid daraq, 3 ədəd patron və yaşadığı ünvandan narkotik vasitə marixuana aşkarlanıb. O, silah-sursatı Tərtər rayonu ərazisində 1500 manata satmaq istəyib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:33 / 08.01.2026
Avtomatı 1500 manata satmaq istədi – POLİS TUTDU - FOTO
Hazırda oxunan: Avtomatı 1500 manata satmaq istədi – POLİS TUTDU - FOTO
Hazırda oxunan: Avtomatı 1500 manata satmaq istədi – POLİS TUTDU - FOTO
589615
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































