Gəncə Ağır Cinayətlər Məhkəməsində nışını bıçaqlamaqda təqsirləndirilən Canpolad Xanmirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 9 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İstintaq materiallarına əsasən, Canpolad Xanmirzəyev 22 aprel 2023-cü il tarixdə saat 01 radələrində Tovuz rayonu, Köhnəqala kəndinin mərkəzi hissəsində yerləşən kafedə müştəri qismində olarkən spirtli içkilər qəbul edib. Sərxoş vəziyyətdə olduğu halda həmin kafedə əyləşmiş tanışı, Köhnəqala kənd sakini Elsevər Alıyevlə aralarında əvvəlki şəxsi narazılıqlarla bağlı mübahisə yaranıb.
Mübahisə zamanı təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmaq qərarına gəlib. Bu məqsədlə üzərində olan mətbəx bıçağından istifadə edərək Elsevərin qarın və sol qolaltı nahiyələrinə iki dəfə bıçaq zərbəsi endirib.
Nəticədə Elsevər Alıyevə döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, eləcə də qarın nahiyəsinin daxilə nüfuz edən, böyük piyliyi və nazik bağırsağın müsariqəsini zədələyən, həyat üçün təhlükəli hesab edilən ağır xəsarətlər yetirilib.
Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, zərərçəkmiş Elsevər Alıyev məktəblərin birində müəllim işləyib. (Pravda.az)
Bizim.Media






























































































