Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.
Bizim.Media xəbər verir ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 45 yaşlı Emil Xəlilov saxlanılıb.
Ondan ümumilikdə 14 kiloqram 815 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. E.Xəlilovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan “İbo” adı ilə tanıdığı İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:07 / 08.01.2026
"İbo"nun Bakıdakı kuryeri TUTULDU – FOTO
Hazırda oxunan: "İbo"nun Bakıdakı kuryeri TUTULDU – FOTO
Hazırda oxunan: "İbo"nun Bakıdakı kuryeri TUTULDU – FOTO
589608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































