Əvvəllər azyaşlılar da televizora baxardılar. Amma təəssüf ki, son illər həyatımızın böyük bir hissəsini ələ keçirən ağıllı telefon və planşetlər televizorları belə unutdurub.
Mütəxəssislər xüsusən azyaşlıların dayanmadan birbaşa şüa ilə təmasının çox ciddi fəsadlara yol açdığını bildirirlər.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Baku TV paytaxt sakinlərinin fikirlərini öyrənib.
"Biz uşaq vaxtı oyunlar oynayır, valideynlərimizlə maraqlı vaxt keçirirdik. Amma indi vəziyyət tam fərqlidir, sanki robotlaşma gedir. Qızım da telefona aludə olub", - deyə sakinlərdən biri bildirib.
Başqa bir sakin isə qeyd edib: "Telefon uşaqlara çox pis təsir edir. Onlar kiçik yaşlarından idmanla məşğul olmalıdırlar".
Bəs ekranların hər yeri əhatə etdiyi müasir dünyada valideynlər nə etməlidirlər?
Psixoloq Vüsalə Əmiraslanova deyir ki, internetin inkişafı və uşaqlar üçün əlçatan proqramların çoxalması onların istədikləri videolara asanlıqla çıxışını təmin edib, bu da maraq dairəsinə nəzarəti çətinləşdirir:
"Bəzi valideynlər düşünürlər ki, uşaq azad ruhda böyüməlidir. Amma azadlıq təkcə sosial şəbəkələrdə olmaq və saatlarla telefon, planşet istifadə etmək demək deyil. Azadlıq daha çox psixoloji və fəlsəfi anlayışdır. Məsələn, mənə təklif olunan hər şeyə baxmamaq, "yox" deyə bilmək və özümə zaman ayırmaq bacarığıdır".
Pediatr İlhamə Rəsulova isə bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, 0-2 yaşlı uşaqların telefon və planşetlərdən istifadəsi qətiyyən tövsiyə olunmur.
"2-5 yaşlı uşaqlar üçün gün ərzində 30-60 dəqiqə, fasilələrlə və yalnız öyrədici, maarifləndirici proqramlara baxmaq şərti ilə istifadəyə icazə verilir. 6 və daha yuxarı yaşlı uşaqlar üçün isə ekran vaxtı gün ərzində 1-2 saatdan artıq olmamalıdır", - deyə pediatr vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:02 / 08.01.2026
Uşaqlar gündə neçə saat telefona baxa bilərlər? – VİDEO
Hazırda oxunan: Uşaqlar gündə neçə saat telefona baxa bilərlər? – VİDEO
Hazırda oxunan: Uşaqlar gündə neçə saat telefona baxa bilərlər? – VİDEO
589606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































