Salyanda avtomobilin maneəyə çırpılması nəticəsində dörd nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun "PMK-9" deyilən ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində Salyan rayon sakinləri; 1979-cu il təvəllüdlü Əhmədova Aynurə Əzizəli qızı, 1988-ci il təvəllüdlü Əzizova Günel Roman qızı, 1991-ci il təvəllüdlü Allahverdiyev Heybət Rafət oğlu və Bakı sakini, 2002-ci il təvəllüdlü Əhmədov Əhməd Aşur oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:15 / 08.01.2026
Salyanda avtomobil maneəyə çırpıldı – 4 nəfər xəsarət aldı
Hazırda oxunan: Salyanda avtomobil maneəyə çırpıldı – 4 nəfər xəsarət aldı
Hazırda oxunan: Salyanda avtomobil maneəyə çırpıldı – 4 nəfər xəsarət aldı
589593
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































