Cəbrayıl və Füzuli rayonlarında yanğın başlayıb.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində başlayan yanğın Füzuli rayon Qazaxlar Mirzənağılılar kəndi ərazilərinə yayılıb.
Yanğın sərhəd boyunca genişlənməyə davam edir.
Əraziyə FHN-nin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonundan isə 2 yanğınsöndürın avtomobili şəxsi heyətlə cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

































































































