Xəbər verdiyimiz kimi bu gün saat 20:00 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında sərnişin stansiya yoluna düşüb.
Bizim.Media xəbər verir ki, "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb.
Bildirilib ki, qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.
"Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:50 / 07.01.2026
Metroda stansiya yoluna düşən sərnişin həyatını itirdi
Hazırda oxunan: Metroda stansiya yoluna düşən sərnişin həyatını itirdi
Hazırda oxunan: Metroda stansiya yoluna düşən sərnişin həyatını itirdi
589549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































