Bu dərmanlar ya KOMAYA salır, ya ÖLDÜRÜR – Farmakoloqdan XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu dərmanlar ya KOMAYA salır, ya ÖLDÜRÜR – Farmakoloqdan XƏBƏRDARLIQ

589514

Xəbər verildiyi kimi bir neçə gün əvvəl gənc həkim Nurlana Əliyeva (Nəbibəyli) qəfil vəfat edib.

Nurlana Əliyevanın yaxın rəfiqəsi Mehriban Hüseynova ötən gün Bizim.Media-ya açıqlamasında bildirib ki, mərhum arıqlama dərmanları istifadə edirmiş.

Bundan bir neçə ay öncə tanınmış oftalmoloq, “Universal” hospitalın rəhbəri və baş həkimi Aytən Sultanova da arıqlama dərmanları qəbul etməsi səbəbindən komaya düşmüşdü.

Maraqlıdır ki, bu dərmanların qəbulu orqanizmdə hansı mənfi təsirlər yaradır?

Farmakoloq Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, həkim rəyi olmadan arıqlama dərmanlarından istifadə ölümlə sonlana bilər:
 

“Əgər bədən çəkisi normadan çoxdursa, onda həkim məsləhətilə bunu qaydaya salmaq olar. Həkimsiz dərman qəbulu doğru deyil. Onu da qeyd etmək istəyirəm ki, mənfi təsiri olmayan dərman dünyada yoxdur. Buna görə də, arıqlamaq üçün dərmanları istifadə edərkən mütləq həkimlə məsləhətləşmək lazımdır ki, xəstənin əlavə xəstəliklərini də yoxlayıb ona uyğun resept yazsın.


Azərbaycanda reseptsiz dərman qəbulu halları son illər daha da çoxalıb. Bu, olduqca mənfi haldır.Bunların qarşısını almaq üçün düşünürəm ki, Azərbaycanda bütün dərmanlar reseptsiz satılmamalıdır. O cümlədən arıqlamaq üçün dərmanlar da həkim resepti ilə satılmalıdır.

Bu dərmanlar beyində iştah mərkəzlərini keyiləşdirir, sinir sistemini zədələyərək orqanizmə mənfi təsir göstərir. Həmçinin, ürək-damar xəstəlikləri, qaraciyər və böyrək problemləri, həzm pozğunluqları kimi bir sıra xəstəlikləri tətikləyir. Bu səbəbdən çox zaman xəstə komaya düşə bilir. Dərmanların qəbulu hətta ölümlə də nəticələnə bilər”, -deyə farmakoloq əlavə edib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin