Cəbrayılda minaya düşən şəxsin SON DURUMU

Hazırda oxunan: Cəbrayılda minaya düşən şəxsin SON DURUMU

589513

Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində baş verən mina hadisəsi zamanı xəsarət alan şəxsin son durumu açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

 SON DƏQİQƏ! Cəbrayılda mina partladı - Xəsarət alan var


Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Füzuli Rayon Mərkəzi Xəstəxanası yayıb.

Mənbə qeyd edir ki, xəsarət alan şəxsin vəziyyəti orta ağırdır.

"Yanvarın 7-si saat 13:00-da Cəbrayıl rayonda baş verən mina partlayışı səbəbi ilə xəsarət alan 1985-ci il təvəllüdlü (kişi) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
 

Ona sağ diz oynağının açıq yarası və sağ baldırın yuxarı və aşağı 1/3 açıq yarası, hər iki budun açıq yaraları, qarnın ön divarının açıq yaraları diaqnozu təyin edilib.


Hazırda müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin