Xəbər verildiyi kimi, "Bravo" supermarketlərində yumurta satışına limit qoyulub. Məlumata görə, marketdə 30 ədəddən artıq yumurta satışına icazə verilmir. Sözügedən məhdudiyyət ictimaiyyətdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. İstehlakçıların bir qismi yumurta satışında limitin tətbiq edilməsini qıtlıq və yaxın gələcəkdə bahalaşma ehtimalı ilə əlaqələndiriblər.
Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxraxcatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli Bizim.Media-ya verdiyi açıqlamada ölkədə yumurta təminatı sahəsində hər hansı çatışmazlıq olmadığını bildirib:
“Son günlər sosial şəbəkələrdə və bir sıra internet resurslarında “Bravo” marketdə yumurta satışına limit qoyulduğuna dair məlumat və fotolar paylaşılır. Bu paylaşımlar Azərbaycanda süfrə yumurtası qıtlığının yaranmasına dair rəy formalaşdırır”.
Mürvət Həsənli həmçinin qeyd edib ki, Azərbaycanın quşçuluq təsərrüfatları hazırda ölkənin tələbatından da artıq yumurta istehsal edirlər:
“Hazırda ölkədə süfrə yumurtasına olan gündəlik tələbat 4,7-4,8 milyon ədəd təşkil edir. İstehsal isə 5-5,2 milyon ədəd arasındadır. Yəni gündəlik istehsal tələbatı üstələyir, hər hansı qıtlıqdan söhbət belə gedə bilməz”.
Qeyd edək ki, məsələ ilə bağlı "Bravo" şirkətdən verilən açıqlamada bildirilib ki, bazarda yumurtanın münasib qiymətlərlə satışı "Bravo" tərəfindən təmin edildiyindən bəzi hallarda kütləvi alışlar müşahidə olunur:
"Bu da digər müştərilərimizin məhsulu əldə etməsinə çətinlik yarada bilir. Münasib qiymətlərlə təqdim olunan məhsulların bütün müştərilərimiz üçün əlçatan olması məqsədilə kütləvi və topdan alışların qarşısını almaq üçün müvəqqəti alış limiti tətbiq edilib".
Fatimə Əliyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:50 / 07.01.2026
Marketlərdə yumurta satışına MƏHDUDİYYƏT tətbiq olundu – Qıtlıq iddialarına CAVAB
Hazırda oxunan: Marketlərdə yumurta satışına MƏHDUDİYYƏT tətbiq olundu – Qıtlıq iddialarına CAVAB
Hazırda oxunan: Marketlərdə yumurta satışına MƏHDUDİYYƏT tətbiq olundu – Qıtlıq iddialarına CAVAB
589504
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































