Xəbər verdiyimiz kimi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı şirkətə məxsus xidməti avtobus qəzaya uğrayıb. Qəza Xocavənd rayonu ərazisində baş verib. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilər xəsarət alıb.
MÖVZU İLƏ BAĞLI:
Xocavənddə bu şirkətin avtobusu qəzaya uğradı - Xəsarət alanlar var
Bizim.Media sosial şəbəkəyə istinadən xəbər verir ki, xəsarət alanlar 21 nəfər olub.
Füzuli Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
Hazırda Füzuli RMX-də olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.
Bizim.Media