Azərbaycanda Külək Elektrik Stansiyasının tikintisi başa çatdı

Hazırda oxunan: Azərbaycanda Külək Elektrik Stansiyasının tikintisi başa çatdı

589479

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə birgə həyata keçirdiyi strateji əhəmiyyət daşıyan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi başa çatdırılıb.

Bu barədə Bizim.Media-ya Energetika Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, 240 MVt gücündə olan stansiyanın şəbəkəyə qoşulması da təmin edilib.

Qeyd edək ki, 2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında İcra müqaviləsi imzalanıb.
 

Müqaviləyə uyğun olaraq “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulub. Bu istiqamətdə 2020-ci ilin 30 dekabr tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.


İlkin hesablamalara görə, stansiya tərəfindən illik 1 milyard kVt·st elektrik enerjisi istehsal olunacaq, bu isə ildə 220 milyon kub metr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

Layihənin ümumi dəyəri təqribən 300 milyon ABŞ dolları təşkil edir və tam olaraq xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin